Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun verilən ittihamlar məlum olub.
APA-nın məlumatına görə, hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.