Hansısa məktəbdə kütləvi yoluxmalar baş verərsə, həmin məktəb üzrə təhsil onlayn qaydaya keçiriləcək.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, valideynlər hərarəti olan uşaqları məktəbə gətirməməlidir.
O qeyd edib ki, şagirdlərin hərarəti məktəbdə yoxlanılacaq və hərarət olduğu halda müvafiq addımlar atılacaq.