Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ilkin məlumatlara görə 10 nəfər ölüb, 21 nəfər itkin düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində bir müddətdir təsirli olan yağışlar daşqınlara və insan tələfatına səbəb olub.
Mülki Müdafiə İdarəsindən verilən açıqlamada, daşqınlarda indiyədək 10 nəfərin həyatını itirdiyi, itkin düşən 21 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Açıqlamada 1400 nəfərin evini su basması səbəbindən yaşayış yerini tərk etmək məcburiyyətində qaldığı bildirilib.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın tapşırığına əsasən daşqından zərər çəkmiş rayonlara humanitar yardım ləvazimatları göndərilib.
Əyalət qubernatoru Eduardo Leite sosial media hesabından verdiyi açıqlamada bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlardan diqqətli olmalarını istəyib.
Qeyd edək ki, güclü yağışlar nəticəsində körpülərin dağıldığı yerlərdə evlərində qapalı qalan insanların damlarda kömək gözlədiyi bildirib.
Malik Atilay