https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
https://525.az/img/pics/medium/2024-05/314057_9pocsg299r.jpg Roman güzgüsündəki tarixi həqiqətlər
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg İki paradoks - Əlisəfdər Hüseynov yazır
search
17 May 2024

Yaşa, Azərbaycan! Var ol, Ali Baş Komandan! - Sosial şəbəkədə yazılanlar

PREZİDENT İLHAM ƏLİYEVİN "ROSSİYA-1" KANALINDAKI ÇIXIŞI SOSİAL ŞƏBƏKƏLƏRDƏ BÖYÜK RƏĞBƏT HİSSİ İLƏ QARŞILANDI

Yaşa, Azərbaycan! Var ol, Ali Baş Komandan! - Sosial şəbəkədə yazılanlar

Cavanşir Quliyev, bəstəkar:

- Dövlət başçısı cənab İlham Əliyevə Rusiya kanalında müharibəylə bağlı müsahibəsinə görə razılığımı bildirirəm!

Günel Səfərova, hüquqşünas:

- Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışını diqqətlə izlədim. Özünə güvənli, siyasi korrekt, beynəlxalq hüquqa istinad edən, Azərbaycan mövqeyini tam aydın ifadə edən çıxış idi. Çox bəyəndim. Bu gün Rusiya kanallarında bir neçə dəfə "Əliyev güclü natiq və siyasətçidir" fikiri səslənib. Haqq davamızda uğurlar!

Turan İbrahimov, teleaparıcı:

- Yəqin ki, "Rossiya-1" kanalındakı məlum çıxışları hər kəs gördü. Özündən əmin İlham Əliyev hara, cır səsli, fikri dağınıq Paşinyan hara... Amma mən başqa bir nüansdan yazacam. İşimlə əlaqədar Rusiya mediası ilə çox yaxından tanışam, təmasdayam. Müsahibəni alan ər-arvad propaqandistləri də çox gözəl tanıyıram. Nə qədər qırmızı yalançı və qərəzli olduqlarını yaxından müşahidə etmişəm. Sözügedən "60 dəqiqə" verilişinin əsas redaktorları da milliyyətcə ermənilərdir. Sizə, media və PR mütəxəssisi kimi əminliklə bildirirəm ki, Paşinyanın çıxışının məhz ikinci salınması məqsədli idi. Format debat, dialoq deyildi. İlk Paşinyan danışsaydı, Əliyev çıxış edən zaman onun ağ yalanlarını məntiqi ardıcıllıqla ifşa edəcəkdi. İndiki halda isə, Paşinyan yenə də feyk məlumatları, bir daha, həm də Ermənistanın birinci ağzından tirajladı. Ümumi kontekstdə onsuz da həm özünün, həm də dövlətinin nə dərəcədə haqsız olduğunu gizlədə bilmədi. Amma adətən qeyri-peşəkar auditoriya əksər hallarda son çıxışçını, son cümlələri və son ifadələri yadında saxlayır.  "Erməni həqiqətləri" hər zaman bax belə, bu formada dünya ictimaiyyətinə sırınıb.

Ləman Ələşrəfqızı, jurnalist:

- "Erməniləri elə cəzalandıracağıq ki, onlar bir də bizim torpaqlar tərəfə baxmağa cəsarət etməyəcəklər". Azərbaycan Prezidenti İlham Əliyevin heç bir çıxışı bu qədər ləzzət eləməmişdi. Və yəqin ki, "Rossiya-1" kanaldakı bu çıxış haqqında təkcə Rusiya yox, dünya birinciləri də uzun müddət danışmalı olacaq.

Yaşa, Azərbaycan! Var ol, Ali Baş Komandan!

Paşinyanın topuq çalan dilini kəsmək hər bir igidimizin boyun borcu olsun!..

Gülsel Səfərova, ictimai fəal:

- Cənab Prezidentin "Rossiya-1" kanalında çıxışı mükəmməl idi. Dövlətimizin başçısı deyib: "Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".

Paşinyan çıxışı ilə psevdo-demokrat olduğunu nümayiş etdirdi və bu dialoqu  uduzdu.

P.S. Tomas de Vall yazısına Ermənistanla bağlı yeni tezislər əlavə etsə yaxşı olar...

Könül Arifqızı, aparıcı:

- Paşinyan yerində elə narahat yırğalanırdı, elə bil, müvazinətini itirib yıxılacaq yerə.

Ramilə Qurbanlı, jurnalist:

- Ölkə rəhbəri ilə fəxr etmək izaholunmaz dərəcədə gözəl hissmiş! Adını tarixə qələbə ilə yazmaq da qisməti olsun!

Aydın Can, jurnalist:

- Allaha bu gün də oyandığım, Ali Baş Komandan kimi Prezident İlham Əliyevə Paşinyanla debatdakı möhtəşəmliyi, ilk növbədə Ordumuza düşmənə hər an kimliyimizi anlatdığı üçün, dəstək sırası getdikcə artan Türk Dünyasına və əlbəttə ki, xalqımıza təşəkkürlüyəm!

Biz qürur və sevinc içində yaşamağa layiqik!

Bizi aşağılamaq, alçaq tutmaq olmaz!..

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.