|
|
|
|
Yardımlı rayonunun Gendərə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Yardımlı rayonunun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi "QAZ-31029" markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.