Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində ölən və yaralananların adları açıqlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə nəticəsində ölən Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğludur (1988).
Yaralılar isə Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğludur (1986).