Oktyabrın 16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Gəncəyə səfər ediblər.
APA-nın yerli bürosunun məlumatına görə, mərkəzin üzvləri erməni faşizminin izləri ilə tanış olub, həlak olan dinc sakinlərin xatirəsini yad ediblər, dağılmış yaşayış binasının ətrafına gül düzüblər.
Qonaqlar baş vermiş erməni terroru nəticəsində ailə üzvlərini və yaxınlarını itirmiş insanlarla, eləcə də zərərçəkmiş ailələrlə görüşüblər.