|
|
|
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova 525.az-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri sentyabrın 27-dən bəri münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkib.