|
|
|
|
Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
525.az APA-ya istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib.
Qeyd edək ki, Q. Arutyunyan Baş nazir Nikol Paşinyanın baş müşaviridir. O, 1999-2000-ci illərdə müdafiə naziri olub.