Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva şahmatçı Teymur Rəcəbova təbrik məktubu ünvanlayıb.
525.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Əziz Teymur,
"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.
Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”.
Qeyd edək ki, T.Rəcəbov “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında erməni rəqibi Levon Aronyanı məğlub edib.