Bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin birləşmiş qrupu hərbi əməliyyatların təsirləndiyi ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan tərəfinə təhvil verilən əraziyə gəlib.
525.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin deyib.
Onun sözlərinə görə, 20 nəfərdən ibarət qrupa pirotexniklər, minaxtaranlar, kineloqlar, kadr hazırlığı üzrə təlimatçılar daxildir.
Qrup ərazilərin minalardan təmizlənməsi üçün zəruri avadanlıqlarla təchiz edilib:
“Minalanmış sahələrin hüdudları işarələnib, müşavirə keçirib təmizlənəcək ərazilərə dair qərar verəcəyik. Qarşıya qoyulan tapşırıqları həll edəcəyimizi düşünürəm”.