Feysbuk sosial şəbəkəsi, parlament və prezident seçkilərindən bir neçə gün əvvəl Uqanda hökuməti ilə əlaqəli bütün hesabları bağlayıb.
525.az xəbər verir ki, sosial mediya nəhəngi, Məlumat nazirliyi ilə əlaqəli bir şəbəkənin istifadəçiləri təqlid etmək və yazıların populyarlığını artırmaq məqsədi ilə saxta hesablar açdığını bildirib. Uqanda hökuməti isə bu hadisəyə görə feysbuku "qərəzli" olmaqda günahlandırıb.
Qeyd edək ki, 35 illik hakimiyyətindən sonra 75 yaşlı prezident Yoveri Museveni, gənc nəslin dəstəklədiyi, 38 yaşlı rəqibi Bobi Vayna məğlub ola bilər.
El Roman