Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putindən müsahibə alan məşhur jurnalist Taker Karlson Boris Consonun Ukrayna ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar tələb etdiyini açıqlayıb.
525.az-ın xarici mediaya istinadən məlumatına görə, aparıcı Taker Karlson deyib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinin qatı tərəfdarı olan Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson mövzu ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar istəyib.
Karlson Rusiya Prezidenti Vladimir Putinlə mübahisəli müsahibəsindən sonra ilk dəfə danışıb və Rusiya rejimini dəstəklədiyini inkar edib.
Malik Atilay