Keniya sahillərində qayığın batması nəticəsində itkin düşən 4 keniyalı balıqçı bir ay sonra xilas edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Keniya Sahil Mühafizə Bölməsi təxminən bir ay əvvəl Hind okeanında 4 balıqçının olduğu qayığın batmasından sonra xilasetmə əməliyyatı həyata keçirib.
Balıqçıların batan qayığından yapışaraq sağ qaldıqları və Çin balıqçı gəmisi tərəfindən xilas edildiyi öyrənilib.
Qeyd edək ki, keniyalı balıqçıların bir neçə həftə ərzində ölkələrinə qayıdacaqları bildirilib.
Malik Atilay