|
|
|
|
İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya inteqrasiyasını bu gün başa çatdırdığını və gələn ilin əvvəlində NATO-nun Latviyadakı batalyonuna hərbi birləşmə göndərəcəklərini açıqlayıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında İsveç Baş Qərargahı ilə NATO-nun birgə bəyannamə imzaladığını bildirib və İsveçin 2022-ci ildə NATO-ya üzvlük üçün başlatdığı prosesin başa çatdığını qeyd edib.
İsveçin Baş naziri Kristersson: "Gələn ilin əvvəlində hökumət Kanadanın rəhbərlik etdiyi NATO briqadasının Latviyaya əsgər göndərilməsi barədə qərar qəbul edib", - deyib.
Malik Atilay