Portuqaliya hökuməti, koronavirus pandemiyası zamanı özəl məktəblərdə ən azı iki həftə distant təhsilə qadağa qoyub.
525.az xəbər verir ki, Hakim Sosialist Partiyası, daha yaxşı imkanları olan uşaqların dövlət məktəblərindəki yoxsul şagirdlər üzərində üstünlük qazanmasının qarşısını almaq üçün bu qərarı verdiklərini açıqlayıb. Baş nazir Antonio Koşta, məktəblərdə bu ay ənənəvi tədrisin bərpa olunacağını söyləmişdi.
Lakin ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən Koşta keçən cümə məktəblərin bağlanacağını açıqlayıb. Hazırda məktəblərdə iki həftə tətil elan edilib.
El Roman