İran yeni növ koronavirus (COVID-19) əleyhinə hazırlanmış ikinci yerli peyvənd olan “Razi Cov Pars”-ı təqdim edib və insanlar üzərində ilk sınaqlarının yaxın zamanda başlayacağını açıqlayıb.
525.az xəbər verir ki, Razi İnstitutunun başçısı Ali İshaki, hazırlanma mərhələsi üzərində təxminən 1 ildir çalışdıqları peyvəndi meymunlar üzərində test etdiklərini və müsbət nəticələr aldıqlarını söyləyib. İshaki, "Cov Pars" peyvəndinin həm burun vasitəsilə, həm də bədənə iynə vasitəsilə tətbiq edilə biləcəyini və ilk sınaqların qısa müddətdə 13 könüllü üzərində aparılacağını bildirib.
Qeyd edək ki, İran, ilk yerli peyvənd olan "COVIRAN BEREKET"-i insanlar üzərində 29 dekabr 2020-ci ildə klinik sınaqdan keçirib və uğurlu nəticələr əldə etdiklərini açıqlayıb.
El Roman