Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Ağdama səfərləri davam edir.
525.az APA-ya istinadən xəbər verir ki, Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.
525.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri Xurşud Banu Nətavanın qəbrini ziyarət ediblər.
***
Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdam şəhərinə səfəri başlayıb.
525.az-ın məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.