Fransa Milli Məclisi qatarla 2,5 saatdan az bir müddətdə çata bilinəcək yerlərə uçuşları qadağan edən qanun layihəsini təsdiqləyib.
525.az xəbər verir ki, parlamentin bu qərarı iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün həyata keçirdiyi bildirilib. Prezident Emmanuel Makronun qərarına əsasən, tənzimləmə sürətli qatarla daha tez çatmaq mümkün olan Paris, Nantes, Lyon və Bordo kimi şəhərlər arasındakı aviauçuşları əhatə edəcək.
Qeyd edək ki, koronavirus pandemiyası aviasiya sənayesinə də ağır zərbə vurub. Belə ki, 2020-ci ildə əvvəlki ilə nisbətən 42 faiz daha az uçuş həyata keçirilib.
El Roman