“Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Litvalı nazir bildirib ki, ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün potensial böyükdür:
“Azərbaycan Litvanın Qaqzada ən böyük ticarət tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq”.
Gabrielius Landsbergisin sözlərinə görə, münaqişədən sonrakı vəziyyətlə tanış olub:
“Kənardan baxanda daxildə olanları başa düşmək asan deyil. Avropa qurumlarının iştirakı üçün imklanlar var. Bu, proseslərin vasitəçiliyi ilə bağlıdır. Litva bu proseslərə dəstək verməyə hazırıdr”.
“Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq”.
“Regionda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını görürük, amma həll olunmamış məqamlar var. Biz də düşünürük ki, nə edə bilərik? Regionda uzunmüddətli sülhün saxlanılması üçün tədbirlər görülməlidir. Bu, Azərbaycanın marağındadır, Azərbaycan da bilmək istərdi ki, sərhədin o tərəfindən təhlükə gəlməyəcək?”, - deyə Litva XİN başçısı bildirib.