|
|
|
|
1999-cu ildə ABŞ-ın Oklahoma ştatında 'Sabrina the Teenage Witch' filminin kasetini icarəyə götürən və geri qaytarmağı unudan şəxs, sürücülük vəsiqəsini yeniləmək istəyərkən həyatının şokunu yaşayıb.
525.az xəbər verir ki, Mek Brayd adlı şəxs sürücülük vəsiqəsini dəyişdirmək üçün onlayn müraciət edərkən göndərilən mesajda onun üçün axtarış əmri verildiyini öyrənib. Axtarış əmrinə səbəb, Braydın kaseti icarəyə götürməsi və 22 ildir geri qaytarmaması olub. Yerli mediaya danışan şəxs, “Məni Klivlend Rayon Prokurorluğundan çağırdıqda, haqqımda axtarış əmri olduğunu öyrəndim. Az qala infarkt keçirirdim” , - deyə söyləyib.
Həmin şəxs bir kaset üçün kiməsə fırıldaq etmək istəmədiyini və günahkar olmadığını bildirib.
El Roman