Tovuz rayonunda qaz balonunun nasazlığından ani partlayış baş verib.
525.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 2-də Tovuz rayonu Qaraxanlı kənd sakini Bayram Məhərrəmovun həyətində qaz balonunun nasazlığından ani partlayış baş verib. Hadisə nəticəsində dağıntı olmayıb. Lakin Bayram Məhərrəmov yanıq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.