|
|
|
|

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Türkiyədə keçirilən Antalya Diplomasi Forumunasəfəri çərçivəsində Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayevlə görüşü keçirilib.
525.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla əməkdaşlıq və dostluq əlaqələrinin təşkilat üçün əhəmiyyətindən söz açıb. Günay Əfəndiyeva rəhbəri olduğu təşkilat tərəfindən türkdilli xalqların, o cümlədən qırğız xalqının qədim tarixinin, mədəniyyətinin təbliği, Qırğızıstanın görkəmli şair və yazıçılarının zəngin yaradıcılıqlarının daha geniş auditoriyalarla tanış etdirilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən konfransların, dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb. O, nümunə kimi Fond tərəfindən 2018-ci ildə Azərbaycanda dünya şöhrətli yazıçıÇingiz Aytmatovun 90 illik yubileyinin qeyd edildiyini bildirib. Günay Əfəndiyeva eyni zamanda, Fondun hərtərəfli fəaliyyət göstərməsi üçün Qırğızıstan tərəfindən təşkilatın sənədlərinin ratifikasiya prosesinintamamlanmasının vacibliyini vurğlayıb.
Qırğız Respublikasının Xarici İşlər naziri Ruslan Kazakbayev Fondun fəaliyyətini yüksək qiymətləndirib. Nazir Türk Dünyasının maddi-mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun aktiv iştirakını təqdir edib. Ruslan Kazakbayev Fondun fəaliyyəti ilə bağlılazimi sənədlərin Qırğızıstan tərəfindəntəsdiqinin sürətləndirilməsinə dair müvafiq işlərin aparıladığını və yaxın zamanda tamamlanacağını qeyd edərək,təşkilatınkeçirdiyi layihələrə dəstək verəceyini bildirib.
Görüş Qırğız Respublikası ilə təşkilat arasında gələcək tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi ilə davam edib.



