https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Tokio-2020: Azərbaycan üzgüçüləri Yaponiyaya yollanıblar

Tokio-2020: Azərbaycan üzgüçüləri Yaponiyaya yollanıblar

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən 525.az-a verilən məlumata görə, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək. Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.