https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıb

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıb

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatında ilk medal günü başa çatıb.

525.az xəbər verir ki, sərbəst güləşçilərin mübarizə apardığı həlledici görüşlərdə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınayıb.

Təəssüf ki, onlar ilk gündəki qələbə seriyasının ardını gətirə bilməyiblər. 3 güləşçimiz finalda uduzub. Digər 1 idmançımız isə bürünc medal görüşündə məğlubiyyətə üzülüb.

57 kq-da 3-cü yer uğrunda qarşılaşmaya çıxan Nurəddin Novruzov Assiljan Yessengeldiya (Qazaxıstan) 6:12 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.

Zirəddin Bayramov (65 kq) final qarşılaşmasında Şamil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Rəqib 4:1 hesabı ilə qələbə qazandığından idmançımız ikinci yeri tutub.

70 kq çəkidə gücünü yoxlayan Cəbrayıl Hacıyev qızıl medal üçün İrfan Elahini (İran) sınağa çəkib. Görüş həmyerlimiz üçün uğursuz alınıb. Elahi 6:5 hesabı ilə qalib gəldiyindən Hacıyev gümüş medalla kifayətlənib.

Əşrəf Aşırovun (79 kq) finaldakı rəqibi İran güləşçisi olub. Məhəmməd Noxodilarimi (İran) ilə qarşılaşan təmsilçimiz də xalçadan məğlub ayrılıb – 5:7.

Beləliklə, güləşçilərimiz günü 3 gümüş medalla bitiriblər.

Qeyd edək ki, sabah keçiriləcək medal görüşlərində daha 4 güləşçimiz 3-cü yer uğrunda yarışacaq.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.