Cari ilin yanvar-iyul aylarında ölkəyə 106,9 min ton gübrə idxal edilib.
525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən gübrənin dəyəri 33,6 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 57,3 milyon dollar olmaqla 198,8 min ton gübrə idxal edilib.