Dünya bazarında neftin qiyməti qalxıb.
525.az xəbər verir ki, Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 4,83% artaraq bir barelə görə 67,89 dollara, oktyabr fyuçerslərinin qiyməti 4,71% artaraq bir barelə görə 68,21 dollara yüksəlib.
WTI markalı neftin sentyabr fyuçersləri isə 5% bahalaşma ilə bir barelə görə 65,22 dollar olub.