|
|
|
|
Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsinə başlanılıb.
525.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra bu addım atılıb.
“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib", - deyə, nazirliyin açıqlmasında bildirilir. Bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib.
Qeyd edək ki, Türkiyə hərbçiləri Silahlı Qüvvələri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.