|
|
|
|
Dünyada son həftə ərzində koronavirus (COVID-19) infeksiyasına 4,3 milyondan çox yoluxma qeydə alınıb, 67 mindən çox insan virusun qurbanı olub.
Bu barədə 525.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.
Ötən həftənin göstəriciləri ilə müqayisədə yoluxanların sayı 4%, ölüm hallarının sayı isə 2% azalıb.
Belə ki, 23-29 avqust tarixlərində COVID-19-a 4 395 748 yoluxma halı və 67 388 ölüm halı qeydə alınıb.