https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
https://525.az/img/pics/medium/2024-05/314057_9pocsg299r.jpg Roman güzgüsündəki tarixi həqiqətlər
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg İki paradoks - Əlisəfdər Hüseynov yazır
search
17 May 2024

Lüksemburq-Azərbaycan oyunu başlayıb

Lüksemburq-Azərbaycan oyunu başlayıb

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

525.az xəbər verir ki, millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağıdır.

Lüksemburq stadionunda oynanılacaq qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Əli Qurbani, Abbas Hüseynov, Toral Bayramov, Filip Ozobiç və İsmayıl İbrahimli yer alıblar.

Lüksemburq yığmasının heyətində isə meydana Antoni Moris, Enes Mahmutoviç, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto, Loran Yans və Sebastien Thil çıxıblar.

Qeyd edək ki, iki oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.