|
|
|
|
Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” döyüşçüləri Pəncşir vilayətinin daha 2 bölgəsini də nəzarətə götürdüklərini açıqlayıb.
525.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın nümayəndələri məlumat yayıb.
Verilən məlumata görə, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarəti altındadır. Ələ keçirilən Hinc bölgəsi strateji əhəmiyyətli ərazi hesab olunur.