|
|
|
|
Fransanın Somma departamentində yüngül motorlu turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
525.az xəbər verir ki, departamentin yanğın-xilasetmə xidmətindən AFP-yə bildirilib ki, iki nəfərlik təyyarə tarlaya düşüb. Hadisənin səbəbləri və digər təfərrüatları dəqiqləşdirilir.