|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün özünütəcrid rejiminə keçib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Kreml yayıb.
Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.
Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.