https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

“Neftçi” “Səbail”dən güclü olub

“Neftçi” “Səbail”dən güclü olub

Oktyabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

525.az xəbər verir ki, günün ikinci matçında son çempion "Neftçi" klubu "Səbail"in qonağı olub.

Qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın heyətində Yusuf Laval 26-cı dəqiqədə hesabı açıb. Qonaqların yeni transferi Tiaqo Bezerra 45+1-ci dəqiqədə fərqi iki topa çatdırıb. Braziliyalı hücumçu 78-ci dəqiqədə özünün ikinci komandasının üçüncü qoluna imza atıb. Matçın 90+5-ci dəqiqəsində Nikolas Raysel meydan sahiblərinin təsəlli qolunu vurub.

Qələbə sayəsində xallarının sayını 13-ə çatdıran "Neftçi" birinci pilləyə yüksəlib. Bir oyun az keçirən "Qəbələ" və "Qarabağ" 11 xalla 2-3-cü yerləri bölüşdürür. "Səbail" isə 6 xalla 5-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Keşlə" evdə "Sabah"ı 2:0 hesabı ilə üstələyib. İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı məğlub edib - 1:0. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.