https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Rusiya şahmat üzrə dünya çempionatının qalibi oldu

Rusiya şahmat üzrə dünya çempionatının qalibi oldu

İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının final oyunları keçirilib.

525.az xəbər verir ki, finalda Rusiya və Hindistan şahmatçıları üz-üzə gəliblər. Rəqib komandanı məğlub edən Rusiya şahmatçıları dünya çempionatında birinci yeri tutublar.

Qeyd edək ki, Rusiya komandası ikinci dəfə dünya çempionatının qalibi olub. Belə ki, 2017-ci ildə Xantı-Mansiyskdə keçirilən analoji yarışda da rusiyalı şahmatçılar fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşmışdılar.

Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda Gürcüstan yığmasına uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Qadınlar arasında komanda dünya çempionatı iki ildən bir keçirilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.