Azərbaycanda bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.
Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Bildirib ki, məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq tutulub: "Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".