|
|
|
|
Bu ilin oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,5% artaraq 650 086 olub.
Dövlət Vergi Xidmətindən 525.az-a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 13,7% artıb və 33 141-ə çatıb.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,9% artaraq 178 511 təşkil edib.