ABŞ-ın Virciniya ştatında Zəfər Günü münasibətilə "Qarabağın ritmi" ("Rhythm of Karabakh") adlı xeyriyyə konserti keçirilib.
525.az Azərtac-a istinadən xəbər verir ki, "United Charities for Azərbaycan" tərəfindən təşkil olunan konsertdə Birləşmiş Ştatlarda yaşayan görkəmli azərbaycanlı musiqi xadimləri - pianoçu Nərgiz Əliyarova, Ruslan Ağababayevin rəhbərlik etdiyi caz-trio, Xan Bəylinin rəhbərlik etdiyi etno-pop-rok qrupu çıxış edib. Konsert Virginiya ştatının Aleksandriya şəhərində yerləşən George Washington Masonic National Memorial binasının teatr zalında keçirilib. Tədbirə 200-dən artıq bilet satılıb və bir sıra xarici ölkə səfirliklərınin nümayəndələri iştirak edib.
Konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid və qazi ailələrinə yardım məqsədilə sərf olunacaq.