"Ulduz” jurnalının aprel sayında bədii nümunələri çap olunan müəlliflərin qonorarları uzun zamandır sağlamlığında problem yaranmış qələm adamı Günel Natiqə bağışlanıb.
525.az xəbər verir ki, G.Natiq bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib:
“Ulduz" jurnalı aprel ayının kollektiv qonorarını xəstəliklə mübarizədə yardım kimi mənə yazıb. Çox təsirləndim. Çox sağ olun, dostlar”.