Cənubi Afrikada yaşayan iki azyaşlı qız mağazadan aldıqları hazır əriştə yedikdən sonra bir həftə arayla ölüblər.
525.az Qərb mətbuatına istinadla xəbər verir ki, bacı olan uşaqlar mədə sancısı ilə xəstəxanaya yerləşdiriliblər. Lakin onlar bir həftə içində bir-birinin ardınca vəfat ediblər. Ailə üzvləri övladlarının əriştədən zəhərləndiyinə dair qəti fikirlərini bildirsələr də, polis qrupları laboratoriya nəticələrinin onlara hələ də verilmədiyini, uşaqların başqa qida və ya maddədən zəhərlənmə ehtimalının da olduğunu bildiriblər.
Uşaqların anası digər valideynlərə səslənib və xahiş edib ki, uşaqlarına belə yeməklər verərkən diqqətli olsunlar. Mümkünsə, daha təbii şeylərə üstünlük versinlər.
El Roman