Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Tərtər rayonuna yeni icra hakimiyyəti başçısının təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
525.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, Müstəqim Səyyad oğlu Məmmədov Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, M.Məmmədov daha əvvəl Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.