Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncama uyğun olaraq, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin Osmaniyə Korkut Ata Universitetində anım mərasimi keçirilib.
525.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Çıxışlarda Xocalı soyqırımı XX əsrdə insanlığın üz qarası kimi dəyərləndirilib, bu bəşəri cinayəti törədənlər lənətlənib və cinayətkarların beynəlxalq məhkəmələr tərəfindən mühakiməsi tələb edilib.
Anım mərasimi Azərbaycanın Türkiyədəki səfirliyi və Osmaniyə Korkut Ata Universiteti tərəfindən birgə təşkil olunub.