Mariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sopnra Rusiya ordusu yenidən hücuma başlayıb.
525.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konoşekov bildirib.
Konaşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 20.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.
Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.