https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
16 May 2024

Qılıncoynadanımız Afinada qızıl medal qazandı

Qılıncoynadanımız Afinada qızıl medal qazandı

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların Düyan Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

525.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib. Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib.Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib. Annanın finalda rəqibi ispan Lusia Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.

Sablyaçımız daha öncə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.