Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba rus əsgərlərinin Ukraynada qadınları zorladığını bildirib.
525.az "Reuters"ə istonadən xəbər verir ki, Kuleba Londonda "Chatham House"da keçirilən seminarda, "Təəssüf ki, bizdə rus əsgərlərinin Ukrayna şəhərlərində qadınları zorlaması ilə bağlı çoxsaylı faktlar var", - deyib.
Ukrayna mediası bir həftədən çox davam edən münaqişədən sonra Rusiyanın ələ keçirdiyi yeganə böyük şəhər olan Xersonda 11 zorlama hadisəsinin qeydə alındığını bildirib. Kuleba medianı Rusiyanın Ukraynaya qarşı cinayətləri haqqında həqiqəti yaymağa çağırıb:
“Biz bizdən qat-qat güclü olan düşmənə qarşı vuruşuruq. Ancaq beynəlxalq hüquq bizim tərəfimizdədir və ümid edirəm ki, bu, bizə kömək edəcək. Şəhərlərinizə bombaların düşməsi ilə bağlı saysız-hesabsız faktlar var".
El Roman