https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
https://525.az/img/pics/medium/2024-05/313658_xc3vkf4re7.jpg İstiqlala inamın bədii-publisistik təcəssümü - Abid Tahirli yazır
search
16 May 2024

Qəbələdə şahmat yarışının qalibləri müəyyənləşib

Qəbələdə şahmat yarışının qalibləri müəyyənləşib

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “İdman həftəsi” çərçivəsində Qəbələdə kişi şahmatçılar arasında keçirilən yarış başa çatıb. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarışda 20-dək şahmatçı mübarizə aparıb.

Qəbələ Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışın açılış mərasimində idarənin rəisi Fəxri Soltanov çıxış edərək, iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, yarışın keçirilməsində məqsəd iştirakçıların ustalıq səviyyəsini artırmaq, rayonda idmanın kütləviliyinə nail olmaqdır.

Dairəvi sistem üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən, Araz Alməmmədov qalib adını qazanıb. Sonrakı yerləri İqbal Əsədov və Fərhad Əliyev tutublar.

Mükafatçılara rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri təqdim edilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.