İordaniya kralı II Abdullahın ögey qardaşı Həmzə bin Hüseyn şahzadə titulundan imtina edib.
525.az xəbər verir ki, bu barədə o, tviterdə yazıb. Həmzə bin Hüseyn paylaşımında “İordaniyaya sadiq qaldığını və şəxsi həyatında Vətənə və xalqa xidmət edəcəyini qeyd edib.
Xatırladaq ki, İordaniya xüsusi xidmət orqanları istintaq zamanı sabiq vəliəhd şahzadə Həmzə Bin Hüseynin şübhəli fəaliyyətinin ölkənin təhlükəsizliyinə təhdid yaratdığını müəyyənləşdirmişdi.