“Media Reyestrində 20 manata qeydiyyat anlayışı yoxdur”.
525.az xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.
O bildirib ki, 20 manat jurnalist vəsiqəsinin hazırlanmasına tələb olunan məbləğdir.
Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, bu, jurnalistlərə təqdim edilən bir xidmətdir: “Qeyd edilən məbləğ də jurnalist vəsiqəsinin yüksək standartlara cavab verən formada hazırlanması üçündür”.