Beynəlxalq təhlükəsizlik təhdidləri səbəbindən Polşa 75 milyon avroluq sərmayə ilə bütün şərq sərhədində təhlükəsizlik kameraları və hərəkət detektorları quraşdırmağa hazırlaşır.
525.az xəbər verir ki, Polşanın "Rzeczpospolita" qəzetinin xəbərinə görə, Rusiya sərhədində nəhəng elektron maneə qurmağı planlaşdıran ölkə 200 kilometrlik sərhədi bütünlüklə qoruyacaq. Elektron mühafizə sisteminin 2023-cü ilin sentyabrında işə salınması planlaşdırılır. Sərhəd daxil olan siqnalları yoxlamaq üçün seysmik sensorlar və gecə görmə kameraları da daxil olmaqla detektor sistemi kimi müxtəlif elektron təhlükəsizlik tədbirləri ilə təchiz ediləcək. Rəsmilərin sözlərinə görə, insan addımları ilə vəhşi heyvanların çıxardığı səsləri ayırd etmək üçün xüsusi alqoritmlərdən istifadə olunacaq.
Qeyd edək ki, Polşa bir neçə il əvvəl Ukrayna sərhədində oxşar sistemi quraşdıraraq qaçaqmalçılığın qarşısını almağa çalışmışdı.
Məhəmməd Tağıyev