Norveçdə helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
525.az xəbər verir ki, Polis rəsmiləri Verdal bölgəsində baş verən qəzadan sonra dərhal axtarış-xilasetmə işlərinə başlanıldığını bildirib. Rəsmilər helikopterdə olan 3 nəfərdən 2-nin həyatını itirdiyini, 1-nin isə ağır yaralandığını deyiblər.
Bildirilib ki, qəza vertolyotun əhalinin sıx məskunlaşdığı ərazilərdən kənarda pis hava şəraiti səbəbindən bir neçə uğursuz eniş cəhdindən sonra baş verib.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri və Norveç Hava Qəzasının Təhqiqat Şurası qəzanın səbəblərini araşdırmaq üçün birlikdə işlərə başlayıblar.
Məhəmməd Tağıyev